Cəlilabadda torpaq sürüşməsi - VİDEO

Cəlilabadda torpaq sürüşməsi - VİDEO
  01 Aprel 2015    Oxunub:1279
Cəlilabadda avtomobil yolunda dərinliyi yarım metr olan çatlar əmələ gəlib.
AzVision.az Region TV-yə istinadən məlumat verir ki, son zamanlar yağıntının normadan artıq düşməsi Cəlilabadda torpaq sürüşməsi ilə nəticələnib. Baş verən sürüşmə nəticəsində avtomobil yolunda dərinliyi yarım metr olan çatlar əmələ gəlib.

Sürüşmə Cəlilabad-Sadatlı avtomobil yolunun müxtəlif hissələrinin çökməsinə səbəb olub. Yolun 2 ayrı hissəsinin dağılması nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Avtomobil yolundan 10-a yaxın kəndin sakinləri mütəmadi istifadə edirlər. Sürüşmə kəndlərin rayon mərkəzi ilə əlaqəsini çətinləşdirib.

Yerli sakinlərin verdiyi məlumata görə, əvvəllər sürüşmə az olsa da, bir neçə gün öncə yağan yağış sürüşməni daha da sürətləndirib. Sakinlər bölgədə qorxu içində yaşadıqlarını da bildiriblər.

Cəlilabad Fövqəladə Hallar Komissiyasından bildirilib ki, əraziyə baxış keçirilməsi üçün mütəxəssislər dəvət olunub. Sürüşmə zonasındakı aktivlik yoxlanıldıqdan sonra yolun çökmüş hissələrində bərpa işləri aparılacaq.




Teqlər:





Xəbər lenti