Orduya 62 milyondan çox pul yığıldı

Orduya 62 milyondan çox pul yığıldı
  01 Aprel 2015    Oxunub:1898
Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan vəsait 62 495 671 manat təşkil edib.
AzVision.az-a bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, aprelin 1-ə 2015-ci il tarixinə olan vəziyyətə görə Silahlı Qüvvələrə Yardım Fondunun Azərbaycan manatı hesabındakı vəsait 62 495 671 manat, ABŞ dolları hesabındakı vəsait 211 791, avro hesabındakı vəsait isə 593 avro təşkil edib.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

AzVision.az


Teqlər:  



Xəbər lenti