Mehriban Əliyeva xanım Qiqu ilə görüşüb

Mehriban Əliyeva xanım Qiqu ilə görüşüb
  23 May 2013    Oxunub:1603
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Parisdə işgüzar görüşləri davam edir.
Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva mayın 22-də Fransa Milli Assambleyasının Xarici Əlaqələr Komissiyasının sədri xanım Elizabet Qiqu ilə görüşüb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamlayan Fransa Milli Assambleyasının Xarici Əlaqələr Komissiyasının sədri Elizabet Qiqu bu səfərin parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə tövhə verəcəyini bildirib. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edən xanım E. Qiqu Azərbaycanda gedən sürətli inkişaf proseslərinin maraqla qarşılandığını, Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin inkişaf etdiyini vurğulayıb.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizin xarici siyasətində Avropaya inteqrasiyanın mühüm yer tutduğunu, Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdiyini diqqətə çəkib, ölkəmizin bu təşkilatın "Şərq tərəfdaşlığı" proqramında fəal iştirak etdiyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Mehriban xanım Əliyeva münaqişənin beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulayıb.



Teqlər:  





Xəbər lenti