Şeyx Bakıdadır

Şeyx Bakıdadır
  01 Aprel 2015    Oxunub:1889
Ali qonağı Yaqub Eyyubov qarşılayıb.
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Əmiri Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum aprelin 1-də Azərbaycana rəsmi səfərə gəlib.

AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Əlahəzrət Şeyx Məhəmməd bin-Rəşid Əl-Maktumu hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.

AzVision.az


Teqlər:





Xəbər lenti