Bu kəndə ilk dəfə qaz verildi

Bu kəndə ilk dəfə qaz verildi
  02 Aprel 2015    Oxunub:1457
Bu gün Bərdə rayonunun Qasımbəyli kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
AzVision.az SOCAR-ın saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, 202 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 20 944 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 202 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri kəndin ilk dəfə təbii qazla təchiz olunmasına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Teqlər:





Xəbər lenti