Bir gündə 68 cinayət olub

Bir gündə 68 cinayət olub
  02 Aprel 2015    Oxunub:1261
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 68 cinayət faktı qeydə alınmış, onların da 25-i “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 41 nəfər tutulub.

AzVision.az


Teqlər:



Xəbər lenti