Quyuya düşən şəxsi FHN xilas etdi

Quyuya düşən şəxsi FHN xilas etdi
  02 Aprel 2015    Oxunub:1397
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin quyuda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş dərinliyi 1,5 metr olan çuxura düşüb və köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşı çuxurdan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 02:24-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti