Misir Mərdanov hədiyyə verdi - FOTO

Misir Mərdanov hədiyyə verdi - FOTO
  02 Aprel 2015    Oxunub:2571
Mərkəzi Elmi Kitabxanaya kitab hədiyyə edilməsi artıq ənənə halını alıb.
Bu günə qədər müxtəlif təşkilatlardan, səfirliklərdən AMEA-nın bir sıra elmi müəssisələrindən, və ayrı-ayrı müəlliflərdən Mərkəzi Elmi Kitabxanaya küllü miqdarda tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi kitablar hədiyyə edilib.

Bu ənənənin davamı olaraq AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Misir Mərdanov özünün müəllifi olduğu və rəhbərliyi ilə hazırlanmış Azərbaycan Təhsil Tarixi (4 cilddə), Azərbaycanın Təhsil Nazirləri, Dünyanın 100 ən yaxşı Universiteti 2009, Azərbaycanın Elmi Elitası, Elementar Riyaziyyatın Əlavə fəsilləri və Olimpiadalar (3 cilddə), “Некоторые вопросы математической теории оптимальных процессов в системах с запаздываниями”, “Исследование оптимальных процессов с запаздываниями при наличии ограничений”, “Исследование особых управлений и необходимые условия оптимальности второго порядка в системах с запаздываниями”, “Качественная теория оптимального управления системами Гурса-Дарбу” adlı kitabları MEK-ə hədiyyə edib.

Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova müəllifin bu təşəbbüsünü yüksək qiymətləndirib. Azərbaycan təhsilinə çox dəyərli töhfə olan bu kitabların həm “Milli rəqəmsal yaddaş” məlumat bazasını, həm də MEK-in kitab fondunu zənginləşdirmək baxımından xüsusi önəm daşıdığını söyləyib.


Teqlər:  





Xəbər lenti