“Oazis”də ANS-in əməkdaşını soydular

“Oazis”də ANS-in əməkdaşını soydular
  02 Aprel 2015    Oxunub:3128
ANS TV-nin müxbir-prodüsseri Tural Səftərova qarşı soyğunçuluq edilib.
Zərərçəkənin AzVision.az-a verdiyi məlumata görə, hadisə 28 mart 2015-ci il tarixində`Oazis` restoranında toyda olarkən baş verib. Belə ki, Tural 600 AZN dəyərində olan mobil telefonu oturduğu masanın üzərinə qoyaraq çölə çıxıb və qayıdarkən telefonun oğurlandığının şahidi olub.

Faktla bağlı Binəqədi rayon 5-ci polis bölməsində cinayət işi qaldırılıb, araşdırma gedir.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti