Nazir Səlim Müslümov dərsə niyə getmir?

Nazir Səlim Müslümov dərsə niyə getmir?
  02 Aprel 2015    Oxunub:12174
Bakı Biznes Universitetində çalışan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çoxdandır dərslərdə iştirak etmir.

Bu barədə AzVisionaz.az- universitetdən məlumat daxil olub. Bildirilib ki, nazir uzun müddətdir ki, universitetə gəlmir.

“Səlim Müslümov universitetin Maliyyə kafedrasının müdiridir. Buna görə də universitetə gec-gec gəlir”-deyə qeyd edilib.

Həmçinin bildirilib ki, nazirin universitetdə dərs saatı yoxdur: “Səlim müəllimə dərs verilməyib. O, kafedra müdiridir. Səlim Müslümovun kafedrasında 16 nəfərdən ibarət professor-müəllim heyəti çalışır”.

Qeyd edək ki, Səlim Müslümov Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziridir.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti