Türkiyədəki terrorla bağlı şok İDDİA
Türkiyənin “Vətən” qəzetinin yaydığı məlumata görə, polis terrorçuların danışdığı ölkənin Yunanıstan olduğunu müəyyən edib.
Belə ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının hazırkı lideri Hüseyn Fəvzi Tekin başda olmaqla təşkilat rəhbərliyinin bir neçə üzvü Yunanıstandadır.
Polis əməkdaşları onu da vurğulayıb ki, terrorçular davamlı olaraq Yunanıstandakı mərkəzlə ünsiyyətdə olub, telefonla danışa-danışa prokuroru vurublar. Bunun səbəbi isə Yunanıstandakı mərkəzdən əmr almalarıdır.
Qeyd edək ki, İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsi (DHKP-C) adlandırılan terror təşkilatının üzvləri “Gəzi Parkı” hadisələrini araşdıran prokuror Mehmet Səlim Kirazı öz iş otağında girov götürmüşdü. Polisin keçirdiyi əməliyyatla prokuror azad olunsa da o, aldığı silah yarasından xəstəxanada dünyasını dəyişib.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


