DİN-in sabiq idarə rəisi həbs edildi
1995-ci ildən axtarışda olan N.Musayevə qarşı Cinayət Məcəlləsinin (2000-ci ilin sentyabrın 1-ə qədər qüvvədə olmuş) 88-1-ci (dövət mlakını və ya ictimai əmlakı, xüsusilə killi miqdarda talama) və 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, N.Musayev həm aktyor, həm ssenarist, həm də rejissor kimi tanınıb, eyni zamanda bir çox təhlükəli fəndlərin quruluşçusu olub (idmançı olduğuna görə, bir çox fəndləri şəxsən yerinə yetirib). N.Musayevin ən məşhur filmi “Lətifə” filmidir. Həmçinin “Alman klinikasına şəxsi səfər”, “Araqarışdıran”, “Bəyin oğurlanması”, “Cin mikrorayonda”, “İşarəni dənizdən gözləyin” , “Qanlı zəmi”, “Qara gölün cəngavərləri”, “Qorxma, mən səninləyəm” və “Yaramaz” kimi filmlərin çəkilməsində iştirak edib.