Nazir müəllimlərin maaş artımından danışdı
Artımda konkret rəqəmə gəlincə, M.Cabbarov qeyd edib ki, bu artım hər bir müəllim üçün fərqlidir: “Əksər müəllimlər üçün bu əmək haqqı artımı təxminən 20-30 faiz civarında olur. Bundan daha çox alan da, az alan da müəllimlər var. Bunun da səbəbi iş stajı və dərs yükləri, eləcə də Azərbaycan Respublikasının gəlir vergisi sistemindən asılıdır. Maaşların nə dərəcədə artmasından asılı olaraq təbii olaraq hər bir vətəndaşın gəlir vergisi dərəcəsi tətbiq oluna və ödənilə bilər. Belə yanaşma olmamalıdır ki, hər bir müəllimə artım eyni svəiyyədə tətbiq olunub. Eyni qrupda, yəni stajla çalışan və dərs yükünə malik olan müəllimlərin maaş artımı eyni ola bilər. O ki, qaldı ümumi artıma, bu, cənab Prezidentin sərəncamı ilə müəyyən edilib. Dərs stavkası 1,5 dəfə, əmək haqqı isə orta hesabla 2 dəfə artırılıb. Bunun da əks hesablanmasını keçirmək asandır”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


