Qonaq getdikləri evdə yandılar

Qonaq getdikləri evdə yandılar
  02 Aprel 2015    Oxunub:1657
Buzovna qəsəbəsində Ofeliya Məmmədovanın yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, cari il mart ayının 31-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Ofeliya Məmmədovanın yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş vermiş, dağıntı olmayıb. O.Məmmədovanın yanıq xəsarəti almış qonaqları, Xaçmaz rayon sakinləri Ayaz Bəşirov və Ruhəddin Kərimov xəstəxanaya yerləşdiriliblər.


Teqlər:



Xəbər lenti