İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyev Putinə başsağlığı verdi
  02 Aprel 2015    Oxunub:2000
Azərbaycan prezideni İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə Rusiyanın Oxot dənizində göyərtəsində “Dalnıy Vostok” balıqçı gəmisinin batması ilə bağlı başsağlığı verib.

AzVision.az-ın məlumata görə, başsağlığı məktubunda deyilir:

-Hörmətli Vladimir Vladimiroviç,

Oxot dənizində “Dalniy Vostok” traulerinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmalarını arzu edirəm.

AzVision.az


Teqlər:  



Xəbər lenti