AA seriyalı maşına hücum: pul və qızıl oğurlandı

AA seriyalı maşına hücum: pul və qızıl oğurlandı
  02 Aprel 2015    Oxunub:2138
Bakıda özəl firmaya məxsus AA seriyalı maşının şüşələri sındırılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində baş verib.

Elə həmin küçədə yaşayan Böyük Britaniya vətəndaşı, 1977-ci il təvəllüdlü Azər Əliyevin idarə etdiyi Ram-X firmasına məxsus Nissan–Patrol markalı 10 AA 681 nömrəli avtomobilin şüşələri sındırılıb.

Maşından 3 min fund sterlinq, qızıl-zinət əşyaları və şəxsiyyət vəsiqələri oğurlanıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:



Xəbər lenti