Berluskoni “Milanı” çinlilərə satdı

Berluskoni “Milanı” çinlilərə satdı
  02 Aprel 2015    Oxunub:1998
İtaliyanın sabiq baş naziri Silvio Beluskoni “Milan” klubunun səhmlərinin 75 faizinin çinlilərə satılması barədə razılığın əldə olunduğunu açıqlayıb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“Milan”ın səhmlərinin satılması barədə danışan Berluskoni bildirib: “Satınalma barədə razılıq alınıb. Lakin hər şeyin rəsmiləşdirilməsi üçün bir neçə aya ehtiyac var. Qızım Barbara “Milan”ın idarə heyətinin sədri olaraq vəzifəsində qalacaq”.

Çinlilərin klubun 75 faiz səhminə görə, 1,45 milyard dollar ödəyəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda “Milan” klubu İtaliya çempionatında 28 turdan sonra 38 xalla 8 pillədə yer alıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti