Nazirlik insan alveri qurbanlarına yardım etdi

Nazirlik insan alveri qurbanlarına yardım etdi
  02 Aprel 2015    Oxunub:1526
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi 2015-ci ilin yanvar-mart aylarında 19 nəfər insan alveri qurbanına və insan alverinin qurbanına çevrilmək təhlükəsi olan 10 nəfər şəxsə müvafiq yardımlar göstərib.
Bu barədə AzVision.az-a Nazirlikdən məlumat verilib.

“Həmin şəxslərdən 4 nəfərinin ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məşğulluğunun təmin olunmasına, 5 nəfərinin peşə reabilitasiyasına cəlb edilməsinə, 4 nəfərinin hüquqi və 2 nəfərinin tibbi yardım almasına, 1 nəfərinin ailəsinə ünvanlı dövlət sosial yardımı təyin edilməsinə və s. köməkliklər göstərilib” - deyə, nazirliyin məlumatında deyilir.

Qeyd olunan şəxslərdən əksəriyyətinin sosial reabilitasiyasına nail olunub, habelə insan alverinin qurbanına çevrilmək riski aradan qaldırılıb. Hazırda 13 nəfər insan alveri qurbanı və potensial insan alveri qurbanı ilə işlər davam etdirilir.

Qeyd edək ki, bununla yanaşı, insan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması üçün mərkəz tərəfindən müxtəlif formalarda maarifləndirmə işləri də aparılıb.


Teqlər:



Xəbər lenti