Hərbçilərimiz güclərini sınadı

Hərbçilərimiz güclərini sınadı
  02 Aprel 2015    Oxunub:1509
Əlahiddə Ümumqoşun Ordusu üzrə hərbi qulluqçular arasında növbəti idman yarışı keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu dəfə idmançılarımız 3 km məsafəyə hərbiləşdirilmiş kross birinciliyində özlərini sınayıblar.

Əvvəlcə hərbi qulluqçuların birinciliyə hazırlığı barədə məruzə edilib. Sonra Əlahiddə Ümumqoşun Ordusunun Fiziki Hazırlıq və İdman rəisi zabit Vahid Məmmədov birinciliyin məqsəd və şərtlərini şəxsi heyətin nəzərinə çatdıraraq iştirakçılara uğurlar arzulayıb.
14 komandanın iştirakı ilə keçirilən birincilikdə qalib komandalar müəyyən edildikdən sonra fərdi hesabda 1-ci yerə əsgər Anar Abbasov, 2-ci yerə gizir Pərviz Əliyev və 3-cü yerə əsgər Cümşüd Əliyev layiq görülüblər.

Qaliblər Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən "Fəxri Fərman" və qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Teqlər:



Xəbər lenti