9 idmançı qar uçqununda öldü

9 idmançı qar uçqununda öldü
  03 Aprel 2015    Oxunub:2693
Aprelin 2-də Fransanın Alp dağlarında baş vermiş qar uçqunları doqquz xizəksürənin həyatına son qoyub, dörd nəfərin isə yaralanmasına səbəb olub.
Hər biri on nəfərdən ibarət olan iki dəstə Alp dağlarının üç min metr hündürlüyündəki Ecrən zirvəsində xizək sürərkən qar uçqununa düşüb. Nəticədə birinci dəstədən altı nəfər həlak olub. Köməyə gələn xilasedicilər dörd nəfəri qarın altından yaralı vəziyyətə çıxarıblar. Onlar vertalyotun köməyi ilə yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Həlak olanlardan dörd nəfərinin Avstriya, ikisinin İtaliya vətəndaşı olduğu bildirilib.

Qar uçqunu ikinci dəstədən üç nəfərin həyatına son qoyub. Xilasedicilər yeddi nəfərin həyatını xilas etməyə müvəffəq olublar.

Xatırladaq ki, xizək mövsümü başlanandan bəri qar uçqunu və digər qəzalar nəticəsində 34 nəfər həyatını itirib. (Azərtac)


Teqlər:





Xəbər lenti