`Dua yazdı, ağrılarım çoxaldı...`- Falçını öldürən şəxs
Qeyd edək ki, T.Talıbovu qətlə yetirən M.Cahangirov Səbayel Rayon Polis İdarəsi və 9-cu polis bölməsi əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi əməliyyat zamanı saxlanılaraq istintaqa təqdim olunub. Polis əməkdaşları 1987-ci il təvəllüdlü M.Cahangirovu yaşadığı rayonda saxlayaraq istintaqa təqdim ediblər. Saxlanılan şəxs barəsində Səbayel Rayon Prokurorluğunda cinayət işi başlanılıb. İstintaq zamanı hadisənin təfərrüatlarına aydınlıq gətiriləcək.
Hadisə İçərişəhər ərazisində, Firdovsi küçəsi 5 ünvanında baş verib. Həmin ünvanda kirayə götürdüyü ofisdə T.Talıbovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyiti aşkar edilib. Qətlə yetirilən T.Talıbov həmin ünvanda dini kəbinlər kəsirmiş, həmçinin müraciət edən şəxslər üçün dualar yazırmış (report.az).