Olland Azərbaycana gələcək

Olland Azərbaycana gələcək
  03 Aprel 2015    Oxunub:1559
Fansa prezidenti Fransua Olland Azərbaycana rəsmi səfər edəcək.
Bu barədə jurnalistlərə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Mönye məlumat verib.

Səfirin sözlərinə görə, Fransua Ollandın səfəri bu il ərzində baş tutacaq: "Fransa prezidentinin səfəri zamanı ikitərəfli əməkdaşlığın inkişafı və möhkəmləndirilməsi məsələləri müzakirə olunacaq. Səfərin dəqiq vaxtı müəyyən deyil, amma səfərlə bağlı hazırlıq aparılır".

P. Mönyenin sözlərinə görə, Fransa prezidenti Qarabağ münaqişəsinin dinc yolla həllinin tərəfdarıdır və hər iki ölkənin prezidentləri ilə görüş keçirib təkliflərini müzakirə etmək istəyir.(Apa)


Teqlər:



Xəbər lenti