Rusiya 7 azərbaycanlını Yəməndən çıxardı

Rusiya 7 azərbaycanlını Yəməndən çıxardı
  03 Aprel 2015    Oxunub:3800
Yəməndən təxliyə edilən Rusiya və digər ölkə vətəndaşlarını gətirən ilk təyyarə yerli vaxtla saat 02:25-də Moskva vilayətindəki Çkalovsk aerodromunda yerə enib.
Rusiyaya məxsus ikinci təyyarə Yəməndən təxliyə edilən yerli və digər ölkə vətəndaşlarından ibarət növbəti qrupu Moskvaya gətirib.

Bu barədə AzVision.az TASS-a istinadən xəbər verir.

İkinci təyyarə ilə təxliyə olunanlar arasında 5 Azərbaycan vətəndaşı var.

Rusiyaya məxsus təyyarənin göyərtəsində 160-dan çox şəxs olub. Onlardan 120-si Rusiya, 15-i Belarus, 10-u Polşa, 8-i Ukrayna, 3-ü Qırğızıstan, 3-ü Özbəkistan, 2-i Yəmən, 1-i isə Tacikistan vətəndaşıdır. Həmin şəxslərdən 64-ü azyaşlı, o cümlədən 15-i iki yaşadək uşaqlardır.

Göyərtəsində 130-dən çox sərnişin olan ikinci təyyarənin bir neçə saatdan sonra Çkalovsk aerodromuna enməsi gözlənilir. Həmin təyyarədəki şəxslərdən 5-i Azərbaycan, 43-ü Rusiya, 44-ü Özbəkistan, 15-i Yəmən, 8-i Tacikistan, 5-i Belarus, 3-ü Polşa, 3-2 Qırğızıstan, 2-si Ukrayna, 1-i Kanada, 1-i Serbiya, 1- Litva, 1-i isə Moldovadandır. Təyyarədəkilərdən 18-i azyaşlıdır ki, onların da 7-si yaşı ikiyədək olan uşaqdır.

Qeyd edək ki, birinci təyyarədə 2 azərbaycanlı Yəməndən təxliyyə edilmişdi.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  



Xəbər lenti