Lənkəranda 8 otaqlı ev yandı

Lənkəranda 8 otaqlı ev yandı
  03 Aprel 2015    Oxunub:1381
Gecə saatlarında bir sıra yanğın hadisələri qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Lənkəran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli 8 otaqdan ibarət yaşayış evinin birinci mərtəbəsində mətbəxin tavanı 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Digər yanğınlar isə paytaxtda baş verib. Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub.

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşlara məxsus ümumi sahəsi 336 kv.m olan 3 evin yanar konstruksiyaları 92 kv.m sahədə yanıb. Evlərin qalan hissəsi yanğından mühafizə olunub.

Hər üç yanğının FHN-in yanğınsöndürənləri tərəfindən qarşısı alınıb.

AzVision.az


Teqlər:





Xəbər lenti