Milli Məclisdə erməni müzakirəsi
O bildirib ki, Andranik Araratoviç Qriqoryan Azərbaycan vətəndaşıdır: “Bunun üçün heç bir problem olmamalıdır. Digər erməni əsilli Azərbaycan vətəndaşlarına müraciət edilməlidir ki, ölkəmizə gəlsinlər. Hətta 3-cü ölkədən mümkün olsa belə bu addımı atsınlar. Çünki Azərbaycanda milli ayrı-seçkiliklə bağlı heç bir problem yoxdur. Azərbaycanın dövlət orqanları, o cümlədən XİN və Prokurorluq müraciət etməlidir ki, hətta müharibədə iştirak edənlərə güzəşt edilə bilər. Beləliklə, həmin şəxslərə qaçqın statusu verilməsi mümkündür”.
Zahid Oruc isə bildirib ki, erməni hərbçisi Andranik Qriqoryanın ağ bayraq qaldıraraq Azərbaycan tərəfə keçməsi və söylədikləri bu addımı atmağı zəruri edir: “Ermənistan dövləti ilə Dağlıq Qarabağ ermənilərinə qarşı fərqli siyasət yürütməliyik və bu, çox effektiv olacaq. Biz ağ bayraq qaldıran erməniləri qəbul etməyə nə qədər hazır olduğumuzu nəzərdən keçirməliyik. Dağlıq Qarabağ ermənilərini Ermənistan dövlətinin avantürist siyasətindən azad etmək lazımdır”.
Spiker Oqtay Əsədov da bu təklifə münasibət bildirərək deyib ki, "Elan çox olsa, qorxuram ki, hamı qaçqın statusu almaq üçün Azərbaycana gələr".
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


