Etibar Nəbiyev vəzifəsində qaldı

Etibar Nəbiyev vəzifəsində qaldı
  03 Aprel 2015    Oxunub:3282
Milli Məclisin bugünkü plenar iclasında Etibar Nəbiyevin Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxılıb.
AzVision.az xəbər verir ki, məsələ barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Beləliklə, yekun səsvermə nəticəsində Etibar Nəbiyev yenidən Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Xatırladaq ki, Etibar Qəzənfər oğlu Nəbiyev 1950-ci anadan olub. 1978-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub. E. Nəbiyevin ilk iş təcrübəsi 1979-1981-ci illərdə 26 Bakı komissarı (indiki Səbail) Rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışmaq olub. Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsinə isə 2007-ci ildə təyin olunub və indiyə qədər orada çalışır.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:



Xəbər lenti