Deputat `Bakcell`i məhkəməyə verir

Deputat `Bakcell`i məhkəməyə verir
  03 Aprel 2015    Oxunub:2289
Millət vəkili Elmira Axundova "Bakcell"i məhkəməyə verəcək.
AzVision.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı E. Axundova danışıb.

Millət vəkili bildirib ki, gün ərzində mobil telefonuna aldadıcı və reklam xarakterli smslər gəlir:

“Bunların çoxu aldadıcı xarakterlidir və insanların cibini soymaq məqsədi güdür. Biz dəfələrlə bu məsələni Milli Məclisdə qaldırmışıq. Mobil operatorlara bu barədə məlumat vermişik. Amma onlar tərəfindən heç bir tədbir görülmür. Təkcə mən yox, bütün abunəçilər bundan narazılıq edirlər”.

E. Axundova ilk öncə "Bakcell"dən xahiş, sonra isə tələb edib ki, bu cür mesajların yayılmasına son verilməlidir:

“Həmin abunəçilərin müdafiəçisi kimi, "Bakcell"i məhkəməyə verəcəm”-deyə millət vəkili vurğulayıb.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti