TQDK-dan abituriyentlərə xəbər

TQDK-dan abituriyentlərə xəbər
  03 Aprel 2015    Oxunub:2194
`Abituriyent` jurnalının 2-ci sayı nəşr olunub.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Abituriyent” jurnalının 2-ci sayı nəşr olunaraq ictimaiyyətə təqdim olunub.

Jurnalda aşağıdakı materiallar təqdim olunur:

• 2015/2016-cı tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı;

• Elektron ərizə verən abituriyent üçün təlimat;

• “Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi;

• Xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə müsabiqənin keçirilməsi şərtləri (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə);

• Ümumi orta təhsil (9 illik) üzrə buraxılış imtahanı proqramları;

• Tam orta təhsil (11 illik) üzrə buraxılış imtahanı proqramları;

• Bəzi test tapşırıqlarının izahı və tövsiyələr;

• Abituriyentlər üçün elmi-metodiki məqalələr;

• 2014-cü ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları.

Qeyd: Ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməli olan abituriyentlər üçün SQK-ların ünvanları və tələb olunan sənədlər də 2 saylı "Abituriyent" jurnalında təqdim olunub


Teqlər:  



Xəbər lenti