18 maşının düşdüyü qəza, 3 yaralı

18 maşının düşdüyü qəza, 3 yaralı
  03 Aprel 2015    Oxunub:1492
Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən (DİN) AzVision.az-a verilən məlumata görə, aprelin 2-də saat 22 radələrində Yasamal rayonunun Ə.Əhmədov küçəsində Bakı şəhər sakini Məmməd Abdullayev idarə etdiyi "ZİL" markalı avtomobillə yolun kənarında dayanan 17 avtomobili vurub.

Avtomobillərə qismən ziyan dəyib, bu zaman müxtəlif dərəcəli bədən xəsarətləri almış 3 nəfərə xəstəxanada ilkin tibbi yardım göstərilib.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti