Rəsmi Bakı `nüvə razılaşmasını` dəstəklədi

Rəsmi Bakı `nüvə razılaşmasını` dəstəklədi
  03 Aprel 2015    Oxunub:1641
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi P5+1, Avropa İttifaqı və İran İslam Respublikası arasında olan danışıqlarda birgə hərtərəfli fəaliyyət planının əsas parametrlərinə dair irəliləyişi alqışlayır.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda deyilir.

Bəyanatda qeyd olunub ki, bu siyasi çərçivənin region və onun hüdudlarından kənarda sülh, təhlükəsizlik və sabitliyin inkişafı üçün imkan yaradacağına inanırıq.

Azərbaycan Respublikası BMT nizamnaməsi və beynəlxalq hüququn norma və prinsipləri əsasında konstruktiv və xoşməramlı şəkildə beynəlxalq məsələlərin həllinə dair beynəlxalq ictimaiyyətin səylərini və siyasi iradəsini dəstəkləyir.

Sevinc İltifatqızı
AzVision.az


Teqlər:



Xəbər lenti