Nazir deputatın oğluna yüksək vəzifə verdi

Nazir deputatın oğluna yüksək vəzifə verdi
  03 Aprel 2015    Oxunub:3898
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də yeni təyinatlar olub.
AzVision.az xəbər verir ki, qurumun mətbuat katibliyindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə "Azəryolservis" ASC-nin Avtomobil yollarının istismarı və reklam MMC-nin rəisi Əvəz Qocayev "Azəryolservis" ASC sədrinin müavini - Avtomobil yollarının istismarı idarəsinin rəisi, 1 saylı Layihə idarəetmə qrupunun direktoru Şaiq Məmmədov "Azəryolservis" ASC sədrinin iqtisadi məsələlər üzrə müavini, 4 saylı Layihə idarəetmə qrupunun direktoru Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC sədrinin müavini - İnvestisiya idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Qeyd edək ki, Cəmil Rüstəmxanlı VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının oğludur. O, Z. Məmmədovun qardaşının qızı ilə ailə həyatı qurub.


Teqlər:





Xəbər lenti