Prezident Daxili İşlər Nazirliyində dəyişiklik etdi

Prezident Daxili İşlər Nazirliyində dəyişiklik etdi
  23 May 2013    Oxunub:1535
Azərbaycan Daxili İşlər Nazirliyinin strukturunda bəzi dəyişikliklər edilib. Bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Struktur dəyişikliyindən biri də daxili işlər naziri, general-polkovnik Ramil Usubova yeni müavin ştatının yaradılmasıdır.

Belə ki, Daxili İşlər Nazirliyinin Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi, polis general-mayoru Fazil Quliyev idarə rəisi vəzifədə saxlanılmaqla Ramil Usubovun müavini təyin edilib.

Qeyd edək ki, F. Quliyev 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. O, 1991-1999-cu illərdə Bakı şəhəri Daxili İşlər İdarəsinin Qərargahında bölmə rəisi, Qərargah rəisinin müavini, Bakı Şəhər Baş Polis İdarəsinin İqtisadi sahədə cinayətkarlıqla mübarizə İdarəsinin bölmə rəisi, Daxili İşlər Nazirliyinin İşlər İdarəsinin rəis müavini vəzifələrində işləyib.

1999-cu ildə Təşkilati-İnspektor İdarəsinin rəisi, 2001-ci ildə Baş Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru xüsusi rütbəsi verilib.(apa)


Teqlər:





Xəbər lenti