`Bakı-2015`in biletləri satışda

`Bakı-2015`in biletləri satışda
  03 Aprel 2015    Oxunub:1534
Aprelin 3-də birinci Avropa Oyunlarının bilet satışına start verilib.
AzVision.az xəbər verir ki, bu münasibətlə Park Bulvarda tədbir keçirilib.

Tədbirdə “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin bilet satışı üzrə şöbəsinin müdiri Miryam Boqotay bildirib ki, hazırda Bakıda 8 məntəqədə bilet satışı başlayıb. Oyun gününədək daha 4 məntəqədə bilet satışına start veriləcək. Oyun vaxtı idman obyektlərində də bilet satışı təşkil olunacaq.

Tədbirdə iştirak edən “Bakı-2015”in ulduz elçiləri paytaxt sakinlərini bilet almağa çağırıblar və özlərinin təmsil edəcəyi idman növləri barədə məlumat veriblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti