Aktyor atasının başını kəsdi - Türkiyədə

Aktyor atasının başını kəsdi - Türkiyədə
  03 Aprel 2015    Oxunub:3738
"Samanyolu TV"də yayımlanan "Kiçik gəlin" serialının baş rol ifaçılarından olan aktyor Orxan Şimşək atası Əli Şimşəyin başını kəsib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun atasının cəsədi tarlalardan birinin ərazisində tapılıb. Orxan isə polisə təslim olub.

Qeyd edək ki, Orxan Şimşək yanvarda itməsi xəbərləri ilə gündəmə gəlmişdi. Belə ki, atası ilə birlikdə getdiyi Yalovada yoxa çıxan aktyordan yanında mobil telefonu olmadığı üçün xəbər tutulmurdu. Oğlunun psixoloji probleminin olduğunu deyən anası Müyəssər Şimşək onun son üç aydır dərmanlarından istifadə etmədiyini demişdi.


Teqlər:  





Xəbər lenti