Milli Məclisdə vacib müzakirə
Deputat bildirib ki, kənd təsərrüfatı qeyri-neft sektorunun ən mühüm 4 sahəsindən biridir.
“Təsadüfi deyil ki, dövlətin xüsusi qayğısı nəticəsində yeni kənd təsərrüfatı sisteminin qurulması gedir. Kənd təsərrüfatı işçilərin doğru informasiya alması olduqca önəmlidir. Belə bir dövrdə kənd təsərrüfatında işləyən insanın, dərman, gübrə, bazar haqqında doğru, elmi informasiyası olmalıdır. Bu qanun konseptual baxımdan bu məsələlərin hamısını özündə əks etdirir".
Milli Məclisin üzvü bidlirib ki, bu xidmət dövlət tərəfindən maliyyələşdirilməlidir.
"Bu xidmətin dövlət tərəfindən maliyyələşdirilməsini tərəfdarıyam."
O, bildirib ki, kadr üçün də elə bir xərc tələb olunmur. Belə ki, bütün rayonlarda kənd təsərüfatı idarələri yaradılıb orda bir iki ştat yaratmaqla bu məsələni həll etmək olar.
"Həmçinin onlara həm xidmət etdikləri ərazidə təsərrüfat subyektlərinin yekunlarına dair məlumatları da özlərində toplayıb, digər ərazilərlə bölüşmək imkanı yaradılmalıdır. Bundan başqa təklif edirəm ki, kənd təsərrüfat informasiya-məsləhət sisemi vergi, ekologiya sistemləri ilə əlaqəli olmalıdır"
Deputat Fəzail Ağamalı bildirib ki, hazırda ölkədə xaricdən gətirilən kənd təsərrüfatı məhsulları yerli məhsulları sıxışdırır. Onun sözlərinə görə, məsləhət-informasiya xidməti bu problemin həllində müəyyən addım ola bilər:
"Bugün Azərbaycanda kənd təsərrüfatı mütəxəssisləri yox dərəcəsindədir. Xarici mütəxəssisilər cəlb edirlər. Tərəvəz istehsalında prolemlər cəlb olunan xarici mütəxəsislər tərəfindən yetərincə həll olunmur. Bura gələn mütəxəsislər o funksiyaya malik deyillər. Ona görə də ilk növbədə Azərbaycanda yüksək biliyə malik mütəxəssilər yetişdirilməlidir."
Qanun layihəsi barəsində deputatlar İlham Məmmdəov və Asim Mollazadə də fikirlərini bildirib. Müzakirələrdən sonra "Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında" qanun layihəsi səsə qoyularaq I oxunuşda qəbul olunub.







Vaxtında, Aydın, Lazımlı!


