Kayahanın son vəsiyyəti: Dəniz mənzərəli qəbr...

Kayahanın son vəsiyyəti: Dəniz mənzərəli qəbr...
  03 Aprel 2015    Oxunub:2803
Türkiyənin məşhur müğənnisi Kayahan sabah dəfn olunacaq.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir xərçəngdən əziyyət çəkən sənətçinin vəsiyyəti də açıqlanıb.

Sənətçi dəniz mənzərəsi olan məzarlıqda dəfn olunmasını vəsiyyət edib. Müğənni ilə Türkiyə vaxtilə saat 10:30-da Camal Reşid Rey konsert salonunda mərhumla vida mərasimi olacaq. Mərasimdən sonra sənətçinin cənazəsi Təşvikiyə məscidinə götürüləcək. Kayahan, özünün vəsiyyət etdiyi kimi, dəniz mənzərəli məzarlıqda, Qanlıca Qəbiristanlığında dəfn ediləcək.

Kayahanın ailəsi isə cənazəyə gələnlərə əklil gətirməmələrini, bunun əvəzinə gülə çəkiləcək xərcin Mehmetcik Vəqfinə hədiyyə edilməsini istədikləri bildiriblər.



Teqlər:  





Xəbər lenti