Dövlət qurumları yoxlanılacaq
Müzakirələrin sonunda “Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü ildə fəaliyyəti haqqında Hesabat” təsdiq edilib və Hesabatın Azərbaycan Milli Məclisində müzakirə üçün təqdim olunması qərara alınıb.
Kollegiyada, həmçinin, Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair auditin nəticələr üzrə Hesabat və Rəy, eyni zamanda Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin formalaşması və istifadə vəziyyətinə dair analitik təhlil üzrə Analitik arayış müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiya iclasında bir neçə nəzarət tədbirləri üzrə proqramlar da təsdiq olunub. Qərara əsasən, Lənkəran şəhər İcra Hakimiyyətinə və tabeliyində olan idarə, müəssisə və təşkilatlar və “Azərpoçt” MMC yoxlanılacaq.







Vaxtında, Aydın, Lazımlı!


