Dindardan Əli Kərimliyə cavab: `Sus, otur yerində`

Dindardan Əli Kərimliyə cavab: `Sus, otur yerində`
  04 Aprel 2015    Oxunub:8983
“Əli Kərimli və tərəfdarları aksiyalara gedib öz partiyasından olanları çağırsın. Kimdir ki, dindarları mitinqə çağırsın. Onun dini mühitə səslənməyə heç bir haqqı və əsası yoxdur”.

Bunu AzVision.az-a açıqlamasında din xadimi Hacı Təyyar Hüseynli deyib. O, AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlının ölkə dindarlarını Milli Şuranın mitinqinə çağırmasına etiraz edib.

İlahiyyatçı qeyd edib ki, Azərbaycanın daxilində sabitliyi pozmağa cəhd edən müxlifət yönümlü qüvvələr heç nəyə nail ola bilməyəcəklər.

“Bizim ölkədə din dövlətdən ayrı olduğu üçün din xadimlərinin müasir Azərbaycanın siyasi, strateji mövqeyinə, daxili-xarici siyasətinə qarışmalarına heç bir əsası yoxdur. Aperilin 5-dəki mitinqlə bağlı onu deyə bilərəm ki, bütün dindarlar yalnız Allah-təalaya ibadət, itaət etsinlər. Dindarları aksiyaya çağıranlar isə öz yerlərində otursunlar. Bu gün Azərbaycanın uğurları göz qamaşdırır. Azərbaycanın daxili-xarici sabitliyini pozmaq istəyən səriştəsiz, şəxsi ambisiyalarına xidmət edən, qarışıq siyasi fikirli insanlar heç nəyə nail ola bilməyəcəklər. Onlar yalnız öz məqsədlərini güdürlər. Azərbaycanın uğurlarını görmürlər. Həmin adamlara demək istəyinən susun, oturun yerinizdə, baş-qulağımız dinc olsun”-deyə din xadimi vurğulayıb.

Dindar həmçinin qeyd edib ki, Ə. Kərimlinin dindarlara müraciət etməyə haqqı çatmaz: “Dindarlar ancaq barış, sülh, insansevərliliyi təbliğ etməlidirlər, bir-birlərini sevməlidirlər. Ölkəsini, bayrağını və dövlətini sevməyən insandan heç Allaha bəndə də olmaz. Əli Kərimili özünü müxalif yönümlü siyasətçi kimi hesab edir. O, heç bir dindara səslənə bilməz. Bu heç mümkündə də deyil. O, nə dindardır, nə də din xadimidir. Qafqaz Müəlmanları İdarəsi dinadarlara müraciət edə bilər. Əli Kərimli öz ətrafında sosial kütlə yığa bilmədiyi üçün, belə bir ajioritaj yaratmağa cəhd edir. Onun dini mühitə səslənməyə haqqı çatmaz”.

Qeyd edək ki, Milli Şura aprelin 5-də “Məhsul” stadionunda mitinq keçirəcək. AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı ölkə dindarlarına müraciət edərək onları mitinqə gəlməyə çağırıb.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti