Tədbirlər Planı təsdiq edildi

Tədbirlər Planı təsdiq edildi
  04 Aprel 2015    Oxunub:1617
Azərbaycan prezidenti İlham Əliyev “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən, Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Kənd Təsərrüfatı Nazirliyi müəyyən edilib.

Nazirlər Kabinetinə isə “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək, habelə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti