Günün kriminal mənzərəsi

Günün kriminal mənzərəsi
  04 Aprel 2015    Oxunub:1191
Respublikanın daxili işlər orqanları tərəfindən tötən gün ərzində 62 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti