​Sabirabadda 3 otaqlı ev yanıb

​Sabirabadda 3 otaqlı ev yanıb
  04 Aprel 2015    Oxunub:1250
Sabirabad rayonunda fərdi yaşayış evi yanıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Quruzma kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaq və aynabəddən ibarət olan ev və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti