FHN 2 balıqçını ölümdən qurtardı

FHN 2 balıqçını ölümdən qurtardı
  04 Aprel 2015    Oxunub:1628
FHN dənizə çıxmış 2 nəfər balıqçını son anda ölümdən xilas edib.
AzVision.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonunda qayıqla dənizə çıxmış 2 nəfər balıqçı (xilasetmə məntəqəsindən 1 km sağa, 1 km dənizin içərisinə doğru) batma təhlükəsi ilə üzləşib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilmiş və aidiyyəti üzrə təhvil verilibər.

Əməliyyat saat 08:42-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti