Duman, çiskin olacaq

Duman, çiskin olacaq
  04 Aprel 2015    Oxunub:1428
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecəyə doğru yarımadanın bəzi yerlərində az yağış yağacağı gözlənilir.

Axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub küləyi axşam arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7, gündüz 8-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 04-də hava şəraitinin gün ərzində bəzi qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Gündüz arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 13-18, dağlarda gecə 0-4 dərəcə isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Aprelin 04-05-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, aprelin 04-də gündüz arabir güclənən gilavar küləyinin aprelin 05-də güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər.

AzVision.az


Teqlər:



Xəbər lenti