Kimlər pulsuz ali təhsil ala biləcək – AÇIQLAMA

Kimlər pulsuz ali təhsil ala biləcək – AÇIQLAMA
  23 May 2013    Oxunub:2782
Prezident “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliyi təsdiq edib.

AzVision.az-a açıqlamasında bu sözləri Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli deyib. O, bildirib ki, artıq Prezident İlham Əliyev bununla bağlı qanundakı dəyişikliyi təsdiq edib.

Millət vəkili qeyd edib ki, qanun imzalandığı gündən etibarən qüvvəyə minir və uşaqlar 2013/2014-cü il yeni tədris ilində bundan yararlana biləcək.

“Beləliklə, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olan uşaqların əgər ali təhsil müəssisəsinə daxil olarsa, təhsil haqları büdcə hesabına ödəniləcək. İlk dəfə olaraq bu, həm dövlət müəssisələrinə aid oldu, həm də özəl müəssisələrə. Əvvəl isə ancaq dövlət müssəsisəsində olurdu. Bu gün uşaq evlərində təxminən bizdə olan məlumata görə, 360 belə uşaq var. Əgər uşağın atası rəhmətə gedib və anası ikinci qrup əlildirsə, o da qanunun əhatə dairəsinə düşür. Onların əksəriyyəti uşaq evində deyil, öz evlərindədir. Deməli, bu rəqəm 360 yox, 2000 olacaq. Daha sonra, əvvəllər uşaqlar pullu təhsili yazmırdılar, çünki pulu ödəyə bilmirdilər, amma indi pullu yazsalar da, pulsuz təhsil ala biləcəklər. Beləliklə, bizim bu qrupa düşənlərin sayı artacaq və əhatə edəcəyimiz uşaqların sayı 3000-ə yaxınlaşa bilər. Bu da əhalinin sosial cəhətdən az qorunan böyük bir hissəsini əhatə edəcək”-deyə, Hadi Rəcəbli əlavə edib.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti