Prezident 3 ay vaxt verdi
Həmçinin Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.
Bundan başqa Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə beş ay müddətində Azərbaycan prezidentinə məlumat verməlidir. Həmin Qanundan irəli gələn digər məsələləri həll etməlidir.
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Tibbi sığorta haqqında” Azərbaycan qanununda dəyişikliklər edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
Qeyd edək ki, qanuna edilən dəyişikliklərə əsasən, 2-ci maddədə “Azərbaycan Respublikasının Qanunundan” sözləri “, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının qanunlarından” sözləri ilə əvəz edilib.
13-cü maddənin üçüncü hissəsinə aşağıdakı məzmunda ikinci bəndin əlavə edilib:
“icbari tibbi sığorta üzrə müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari tibbi sığorta müqaviləsi bağlamaq;”
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


