Bu qadınlarla evlənmək olmaz - SİYAHI
Bəs bu qadınlar hansılardır?
“Quran-i Kərim”in “Nisa” surəsinin 22-ci və 23-cü ayələrində nikahına icazə verilməyən qadınlar haqqında deyilir:
- Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin. Bu, yalnız cahillik dövründə keçərli idi ki, o da bir həyasızlıq idi.
- Analarınız, qızlarınız, bacılarınız, bibi və xalalarınız, qardaş və bacı qızlarınız, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları, evli olduğunuz qadınların sizin himayənizdə olan ögey qızları sizə haram edilib.
- Ögey qızlarının anaları ilə cinsi əlaqəyə girməyənlər isə bu qızlarla evlənə bilər.
-Doğma oğlunun arvadı ilə evlənmək və iki bacını birdən almaq haramdır.
Nikahı əbədi olaraq haram buyrulan qadınlar isə belə qruplaşdırılır:
1. Ana və nənələr: İstər nikahlı evlilikdən, istərsə də zinadan doğulsun, kişi əsla anası və nənəsi ilə evlənə bilməz
2. Qızlar. Burada qız deyiləndə kişinin öz qızı, oğlunun qızı və qızının qızı nəzərdə tutulur. Həm nikahdan, həm də zinadan doğulan qız atasına haramdır.
3. Bacılar. Bacı istər eyni ana-atadan, istərsə də ögey ata və ya anadan doğulsun, kişinin onunla evlənməyi haramdır
4. Bibilər. Doğma və ya ögey olmağından asılı olmayaraq kişiyə bibisi ilə evlənmək haramdır.
5. Xalalar. İstər doğma, istərsə də ögey olsun, xala ilə evlənmək kişiyə haram buyrulub.
İkinci qism qadınlar isə keçici olaraq haramdırlar. Bu qadınlar aşağıdakılardır:
1. Həyat yoldaşının bacısı
2. Həyat yoldaşının bibisi
3. Həyat yoldaşının xalası
Fatimə Kərimli