DİN-dən növbəti səyyar xidmət

DİN-dən növbəti səyyar xidmət
  04 Aprel 2015    Oxunub:1464
Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Goranboy və Qazax rayon Polis şöbələrinin müvafiq bölmə əməkdaşlarının iştirakı ilə həmin rayonların sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi üzrə növbəti səyyar xidmət keçirilib.
DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Goranboy rayonunun Dəliməmmədli şəhərində keçirilmiş səyyar xidmət nəticəsində ümumilikdə 500, həmçinin Qazax rayonunun Daş Salahlı kəndində baş tutmuş analoji tədbir zamanı isə 175 nəfərin müvafiq sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi respublikanın digər şəhər və rayonlarında da davam etdirilir.


Teqlər:





Xəbər lenti