Milyarder ərəblər Azərbaycana niyə gəlirlər?

Milyarder ərəblər Azərbaycana niyə gəlirlər?
  04 Aprel 2015    Oxunub:15541
Son günlər ərəb şeyxlərinin ölkəmizə səfərləri intensiv hal alıb. Milyardlarla pulu olan zəngin ərəblər Azərbaycana qeyri-rəsmi səfərlər təşkil edərək bölgələrə çadrlar qurub, ov edirlər.

İlk baxışdan ərəblərin ölkəmizə təşrif buyurması ov təəssüratı yaratsa da bu səfərlərin arxasında müxtəlif məqsədlərin durduğu da istinsna edilmir. Versiyalara görə, zəngin ərəb şexyləri ölkəmizə küllü miqdarda pul yatırmaq, burada nəhəng layihələr həyata keçirmək istəyilər. Bu məqsədlə onlar Azərbaycanı gəzib-dolaşıb, ölkəmizlə tanış olurlar.

Politoloq Qabil Hüseynli AzVision.az-a şərhində ərəblərin səfərləri haqda bir sıra versiyalar səsləndirib. Ekspert hesab edir ki, ərəb şeyxləri Azərbaycanla iqtisadi əlaqələri genişləndirməyə maraqlıdırlar.

“Azərbaycan Dubay təcrübəsinin öyrənilməsinə və onun ölkədə tətbiq edilməsinə ehtiyac duyur. Birləşmiş Ərəb Əmirliyi ilə Azərbaycan arasında uzun müdət davam edən əlaqlər iqtisadi və ticari əlaqələr şəklində özünü göstərir. İndi bu münasibətləri daha yüksək səviyyəyə qaldırmaq istəyirlər. Əvvəla ticarətin səviyyəsini göstərmək istəyirlər. Çünki əvəllər ticari prosesdə ayrı-ayrı sahibkarlar iştirak edirdisə, indi dövlət qurumları da bu prosesə qoşulmaq niyyətindədir. Üstəlik Azərbaycan özü də Azad Ticarət Zonası yaratmaq istəyir. Və bu məsələdə Birləşmiş Ərəb Əmirliyinin , Dubayın təcrübəsindən istifadə etmək istəyir. Tekstil sənayesi məhsulları , tikinti sənayesi materialları, müxtəlif növ avtomobillər , müasir texnoloji avadanlıqlar və digər məhsulları Dubay istehsal etməsə də orada istehsalı təşkil edən xarici firmalar var. Azərbaycan isə çalışır ki, bu təcrübəni ölkəmizdə tətbiq etsin”.

Politoloqun fikrincə, qarşılıqlı əlaqələr gələcək üçün mühüm əhəmiyyət daşıyır: “Məsələn, Yaponiya özünün tanınmış firmalarının filialını Dubayda açırsa, onlar da bu filialın fililalını Azərbaycanda aça bilər. Yəni ona səalhiyyəti çatır. Çünki texnoloji proses qurulub. Və o prosesin anologiyasını Azərbaycanda da qurmaq mümkündür. Çin hər şeyi təkrarlayıb öz ölkəsində istehsal edə bilirsə, hazır çertyojları, texnoloji avadanlıqları olan məhsulun Azərbaycanda istehsalını təşkil etmək o qədər də çətin olmaz. Eyni zamanda hazır Dubay istehsalı məhsulların Azərbaycana həm sahibkarlıq yolu ilə, həm də dövlət xətti ilə, Ticarət Palatası deyilən bir qurum vasitəsi ilə gətirilməsi məsələləri var. Dünyada tanınan firmaların məhsullarının da yenə də Azərbaycana gətirilməsi üçün Dubayın vasitəçiliyinə ehtiyac var. Bu nöqteyi-nəzərdən Azərbaycan Dubay təcrübəsinin öyrənilməsinə və onun tətbiq edilməsinə ehtiyac duyur”.

Qeyd edək ki, martın 23-də 28 milyard dollar sərvəti olan Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid ölkəmizə səfər edib. Bundan öncə də ərəb zənginləri üç həftəyə yaxın Mil düzündə - Kür-Araz ovalığının cənub-qərb hissəsində ova gəlmişdilər. Onların arasında keçmiş Qətər əmiri Şeyx Hamad bin Xəlifə əl-Taninin oğlanları və ya Qətərin indiki əmiri Şeyx Tamim bin Hamad əl-Taninin qardaşları olub.

Bir neçə gün öncə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, baş naziri, Dubay Əmirliyinin hakimi Şeyx Muhammed Bin Rəşid əl-Maktum da Azərbaycana gəlib. O səfəri çərçivəsində prezident İlham Əliyevlə görüşüb.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq, iqtisadi sahədə əlaqələrin genişləndirilməsi perspektivləri, qarşılıqlı və birgə investisiyalar, turizm və digər məsələlər müzakirə olundu.

Görüşdə regional təhlükəsizlik və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti