Gözəllik salonunu soydular

Gözəllik salonunu soydular
  04 Aprel 2015    Oxunub:1864
Gözəllik salonundan və köşkdən oğurluq etmiş bir qrup Bakı şəhər sakini tutulublar.
AzVision.az-ın Daxili İşlər Nazirliyinə (DİN) istinadən verdiyi məlumata görə, Yasamal RPİ 29-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 29-da və 31-də İrina Yolçuyevaya məxsus gözəllik salonundan və Nağı Abdinova məxsus köşkdən pul, danışıq kartları və tütün məmulatı oğurlayanlar aşkar edilərək saxlanılıblar.

Bu şəxslər Bakı şəhər sakinləri İmaməddin Mahmudlu, Natiq Əsgərov, Cavidan Zeynalov və əvvəllər məhkum olunmuş Əliyar Əsgərovdur.


Teqlər:





Xəbər lenti