Mehriban Əliyeva Putinlə görüşəcək
Xəbərdə deyilir ki, M.Əliyevanın səfəri Rusiya Milli Olimpiya Komitəsinin (MOK) dəvəti əsasında baş tutacaq. Səfər proqramına Rusiyanın dövlət rəhbərliyi ilə, Dövlət Dumasının deputatları ilə, Rusiya MOK rəhbərliyi ilə görüşlər daxildir. M.Əliyevanın Rusiya prezidenti Vladimir Putinlə də görüşü gözlənilir.
Qeyd edək ki, M.Əliyeva Bakı-2015 I Avropa Oyunları Təşkilat Komitəsinin sədridir. Bir çox Avropa paytaxtlarında birinci ledinin rəhbərliyi ilə Avropa Oyunlarının təqdimat mərasimi keçirilib. Moskvaya səfərdə də məqsəd Rusiya ictimaiyyətini iyunda keçiriləcək yarışlar barədə məlumatlandırmaqdır. Aprelin 10-da saat 19:00-da “Radisson Royal Hotel, Moscow” otelində Avropa Oyunlarının rəsmi təqdimat mərasimi keçiriləcək.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


